26 Sentyabr 2019 22:38
659
Məktublar
A- A+

Fransa Respublikasının PrezidentiZati-aliləricənab Emmanuel Makrona

Hörmətli cənab Prezident,

Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur.

Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir.

Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir.

Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan "Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi.

Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2019-cu il.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video