Alternative content

05:02 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BSU-nun tələbələri ikili diplom alacaqlar
BSU-nun tələbələri ikili diplom alacaqlar
ANA SƏHİFƏ / Təhsil
15:26 26.09.2019

Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolovun rəhbərliyi altında beş nəfərdən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetinə (BSU) beşgünlük ezamiyyətə gəlib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor, professor Nurlana Əliyeva qonaqlarla görüşdə Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, müstəqillik dönəmində iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasından bəhs edib. N.Əliyeva Bolqarıstanın Veliko Tırnovo Universitetində tələbə-müəllim heyəti ilə keçirdiyi görüşləri xatırladıb. O, həmin görüşdə adıçəkilən universitetdə Azərbaycan dili mərkəzinin yaradılması və Azərbaycan dilinin seçmə fənn kimi tədris edilməsi barədə razılaşma əldə etdiklərini bildirib. Rektor, həmçinin Bolqarıstanın Birinci vitse-prezidenti İliyana Yotovanın BSU ilə Bolqarıstan ali məktəblərinin qarşılıqlı münasibətlərində xoşməramlı səfir kimi hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov Bolqarıstanın Azərbaycanla tarixən dostluq əlaqələrinə malik olduğunu bildirib. Rektor Bakı ilə bağlı ilk tanışlıq təəssüratını bölüşərkən Azərbaycan paytaxtının dünyanın ən müasir meqopolisləri ilə yanaşı dayanmağa layiq bir şəhər olduğunu vurğulayıb. O, Bakıda tarix ilə müasirliyin, Avropa və Şərq memarlığının yüksək harmoniyasını gördüyünü, İçərişəhərin son dərəcə cəlbedici olduğunu qeyd edib. Qonaq qısa müddətdə Bakının inkişafına və tərəqqisinə xüsusi diqqət yetirildiyinin şahidi olduğunu bildirib. O, son illərdə tikilən memarlıq abidələrinin, müasir tipli binaların, körpülərin insanı heyrətə gətirdiyini deyib.

Sonra rektorlar universitetlər arasında ikitərəfli müqavilə imzalayıblar. Müqavilənin əsas şərtlərindən biri BSU tələbələrinə ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə tələbə mübadiləsi aparılması, bolqarşünaslıqla məşğul olan gənclərin adıçəkilən universitetdə təcrübə keçməsi və digər məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, qonaqlar üçün maraqlı elmi-tədris, gəzinti–istirahət proqramı nəzərdə tutulur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM