Alternative content

07:38 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilir
Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilir
ANA SƏHİFƏ / Mədəniyyət
12:14 26.09.2019

Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunda reallaşan tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə gerçəkləşib.

Əvvəlcə qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, bu qurultay türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən birinə sahib olmasını şərtləndirir. Türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüldüyünü deyən C.Özdəmir bundan sonra da bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb, qurultayın işinə uğurlar arzulayıb.

Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru Rasim Özyürək deyib ki, iki gün davam edəcək Türk Dili Qurultayı və 87-ci Türk Dili Bayramı həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd ediləcək.

O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görür.

Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin və Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu bildirib ki, türk dili zəngin, milli və müasir bir dildir.

"Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hisslər arasında qırılmaz bir bağ vardır. Universitet və məktəblərimizdə təhsil alan tələbə və şagirdlər, yazıçılar, media mənsubları və digər yaradıcı mühitin insanları dilimizin zənginliyini duyur, onun daha da inkişaf etməsi üçün əlindən gələni edirlər. Bu istiqamətdə daha da böyük işlərin görülməsi vacibdir. Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır. Bu qurultayın keçirilməsi də bu mənada təqdirəlayiqdir. Hər kəsi təbrik edir, uğurlar arzulayıram”, - deyə Ə.Həsənoğlu söyləyib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək deyib ki, Böyük Türk Qurultayı ilk dəfə olaraq 1926-cı ildə Bakıda keçirilib.

"Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı gözəl türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir. Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyondan çox bir türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”, - E.Özorol belə deyib.

Qeyd edək ki, M.K.Atatürkün 1932-ci il iyulun 12-də qurduğu Türk dili Tədqiq Cəmiyyətinin (Türk Dil Qurumu) böyük fəaliyyətləri nəticəsində birinci Türk Dili Qurultayının toplandığı 26 sentyabr tarixi hər il Dil Bayramı Günü kimi qeyd olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM