26 Sentyabr 2019 11:34
395
İQTİSADİYYAT
A- A+

“Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il ötür


Peykdən 14,1 milyon dollar gəlir əldə olunub


Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – "Azerspace-2” peykinin orbitə buraxılmasından 1 il keçir.

"Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gələn "Azerspace-2” telekommunikasiya peyki ötən il sentyabrın 26-da Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. Bu ilin yanvarında peykin idarəedilməsi tam olaraq "Azərkosmos”a təhvil verilib və peyk fevraldan kommersiya fəaliyyətinə başlayıb.

"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

"Azerspace-2” peykinin resursları "Azərkosmos”a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın "EUTELSAT S.A.” şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat” şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda "Azerspace-2” peyki vasitəsilə Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.

Yeddi aylıq kommersiya fəaliyyəti ərzində "Azerspace-2”nin tutumlarının 80 faizi ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14,1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

"Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində "Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video