26 Sentyabr 2019 10:43
901
Elm və texnika
A- A+

IAEA 2019 konfransı çərçivəsində dövlət qulluğuna dair panel keçirilir


Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən panel keçirilir. Panelə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov moderatorluq edir.

Əvvəlcə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Astana Dövlət Qulluğu üzrə Regional Xabın rəhbər komitəsinin sərdi Alixan Baymenov paneldə aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.

Paneldə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna, Qırğızıstan, Nigeriyadan olan mütəxəssislərin dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsinə dair məruzələri dinlənilib, fikir mübadiləsi aparır, bu sahədə mövcud modellər müzakirə edilir.

Dinlənilən məruzələr sırasında "Qazaxıstanda səriştəyə əsaslanan müsahibə və qiymətləndirmə mərkəzləri dövlət qulluğu və kvazi dövlət sektoru üçün işə qəbul metodları kimi”, "Qazaxıstanda dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi dövlət sektorunda institusional islahat vasitəsi kimi”, "Dövlət qulluğunda qeyri-rəsmi təhsil modelləri üçün RoI qiymətləndirmə modeli” və digər mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, paneldə Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Günay Muxtarova "Dövlət qulluğunda qiymətləndirmə: mövcud vəziyyət və səriştəyə əsaslanan qiymətləndirmə modelinə keçid” mövzusunda çıxış edərək, ölkəmizin müvafiq sahədə təcrübəsini bölüşüb.

Xatırladaq ki, "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video