26 Sentyabr 2019 00:30
1348
Mədəniyyət
A- A+

Nəsiminin “İraq Divanı”


Görkəmli alim, beynəlxalq elmi dairələrdə İmadəddin Nəsimi ilə bağlı nüfuzlu mütəxəssislərdən biri olan professor Qəzənfər Paşayevin hazırladığı dahi şairin "İraq Divanı” ötən il ilk dəfə latın qrafikalı Azərbaycan əlifbasında oxuculara təqdim olunmuşdur.

Nəsiminin "İraq Divanı” nüsxəsini Ə.Bəndəroğluya Kərkük vilayətinin Tus Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı 100-ü keçən, özünü Şah İsmayılın nəslindən hesab edən Səyid Heydər töhfə etmişdir. Divanın üzü Molla Turab ibn Molla Səfil ibn Molla Əmin tərəfindən köçürülmüşdür.

Tünd qəhvəyi rəngli, qalın dəri cildli bu divan nüsxəsi 286 səhifədən ibarətdir. Əlyazmanın vərəqləri ikisütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-21 santimetrdir. Divan nüsxəsində şairin 400-dən artıq şeiri verilmişdir. 398 şeir Nəsimi təxəllüsü ilə tamamlanır. Üç şeir şairin ilk təxəllüslərindən olan Səyid Nəsimi ilə bitir. Bu divan nüsxəsində "Hüseyni” təxəllüsü ilə yazılmış şeirlərə və rübailərə təsadüf edilmir. Üz qabığının iç tərəfində "Varlıya qürbət də vətəndir, yoxsula vətən də qürbətdir” yazılmışdır. Divan Nəsiminin "İştə gör” şeiri ilə başlanır və şairin həcmcə böyük bir qəzəli ilə tamamlanır. Son misralar belədir:

Cümlənin rizqin verdin, əzəl qism eylədin,

Kiminin yediyi ğəmdir, kiminin yağ ilə bal.

Ey Nəsimi, sən yürütdün tövhidi yer üzünə,

Yenə min əstəğfurulla, əfv qıl, ya Zülcəlal.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video