26 Sentyabr 2019 00:27
817
Mədəniyyət
A- A+

Nəsimi festivalı zamanı VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq


"Nəsimi - şeir, incəsənət və mənəviyyat” festivalı çərçivəsində sentyabrın 30-da "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq "Tullantıdan sənətə” sərgisi açılacaq.

Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunacaq. Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim ediləcək. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Hazırda rəssamlar Qala qəsəbəsində əsərlər üzərində işləyir.

Qeyd edək ki, "Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində "Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir. Əsas məqsəd əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video