25 Sentyabr 2019 17:26
518
DÜNYA
A- A+

Nümayəndələr Palatası Trampın impiçmentinə nail olmaq istəyir


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ölkə Prezidenti Donald Trampa impiçment elan etmək üçün əsasların müəyyənləşdirilməsini qarşısına məqsəd qoyan rəsmi prosedura başlamaq barədə qərarı açıqlamışdır. Bu barədə "Rosbalt” agentliyi xəbər verir.

"Trampın hərəkətləri göstərir ki, o, milli təhlükəsizliyə xəyanət edib” deyən Pelosi Demokratlar Partiyasının nümayəndələri ilə görüşdən sonra jurnalistlərə bildirmişdir.

Bu qərara səbəb Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olmuşdur.

"The Wall Street Journal” qəzetinin xəbərinə görə, danışıq zamanı Tramp Zelenskidən növbəti prezident seçkilərində özünün əsas rəqibi Con Bayden və Ukraynanın qaz şirkəti ilə əlaqəsi olmuş oğlu Hanter Baydenin fəaliyyətinin təhqiqində hüquqşünas Rudolf Culianiyə yardım olunmasını xahiş etmişdir.

Bu arada ABŞ Prezidenti administrasiyası impiçment prosedurunun başlamasına görə Konqresin Nümayəndələr Palatasındakı demokratları "partizansayağı siyasi hücumlarda” ittiham etmişdir.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp demokratların başladığı impiçment prosedurunu "əcinnə ovu” kimi qiymətləndirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video