25 Sentyabr 2019 17:24
454
DÜNYA
A- A+

Ruhani Londonun, Parisin və Berlinin mövqeyini pislədi

İran Prezidenti Həsən Ruhani Fransa, Almaniya və Böyük Britaniyanın Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft şirkətinin obyektlərinə hücuma görə məsuliyyəti Tehranın üzərinə qoyması ilə bağlı birgə bəyanatı tənqid etmişdir. Bu barədə İran Prezidentinin administrasiyası məlumat vermişdir.

Ruhani BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 74-cü sessiyasında Böyük Britaniyanın Baş Naziri Boris Conson, İsveçrə Prezidenti Uli Maurer və İsveçin Baş Naziri Stefan Levenlə görüşmüşdür.

Britaniyanın Baş Naziri ilə görüşdə tərəflər nüvə sazişini və regional problemləri müzakirə etmişlər. Ruhani Böyük Britaniya, Fransa və Almaniyanın birgə bəyanatını tənqid etmiş, Tehranın ünvanına ittihamları əsassız adlandırmışdır. Prezident adıçəkilən ölkələri nüvə sazişinin iştirakçıları kimi öhdəliklərini icra etməyə çağırmışdır. İran lideri bildirmişdir ki, "regionun ölkələri arasında əməkdaşlıq möhkəm sabitlik və təhlükəsizliyin təmin olunması üçün yeganə vasitədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video