Alternative content

04:56 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət İmtahan Mərkəzi və “Cambridge Assessment English” arasında anlaşma memorandumu imzalanıb
Dövlət İmtahan Mərkəzi və “Cambridge Assessment English” arasında anlaşma memorandumu imzalanıb
ANA SƏHİFƏ / Təhsil
17:16 25.09.2019

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və "Cambridge Assessment English” (CAE) arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memoranduma əsasən CAE ingilis dilinin öyrənilməsi və qiymətləndirilməsinə dair bacarıq və standartların inkişaf etdirilməsində DİM ilə əməkdaşlıq edəcək. Əməkdaşlıqda bakalavriat və magistratura səviyyələrinə qəbul imtahanları da əhatə olunacaq.

Anlaşmaya görə, CAE birgə proqramlar və əməkdaşlıq layihələri həyata keçirməklə ingilis dili tədris sisteminin keyfiyyəti və tədris proqramına uyğunluğunu təkmilləşdirməyi, beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğun ingilis dilinin qiymətləndirilməsi üçün vasitələr və qəbul testlərinin hazırlanmasına dəstək olmağı, dilin qiymətləndirilməsi üzrə vəsaitlərin tərtib edilməsi və qiymətləndirmənin təşkili sahəsində DİM əməkdaşlarının peşəkar inkişafını təmin etməyi öz öhdəsinə götürür. Eyni zamanda, DİM-in ingilis dili üzrə qiymətləndirmə alətlərinin Dillər üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədinə (CEFR) uyğunlaşdırılması məqsədilə müqayisəli tədqiqatını hazırlamağı, CAE-nin ingilis dili üzrə səviyyə imtahanlarının və yerli imtahanların müqayisəli cədvəlini tərtib etməyi (qısa olaraq, "Müqayisəli tədqiqat” layihəsi), ekspert tövsiyələrini təklif edir.

DİM qeyd olunanlarla bağlı layihələr hazırlanması, planlaşdırılması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsini dəstəkləmək məqsədilə memorandum çərçivəsində keçiriləcək tədbirlərdə CAE-nin nümayəndələri ilə sıx əməkdaşlıq edəcək. Həmçinin layihələrə cəlb olunacaq məktəb və ali təhsil müəssisələri ilə əlaqələr qurulmasına dəstək göstərəcək, hər hansı razılaşdırılmış növbəti layihənin icrası ilə əlaqədar məktəblərin, yardımçı müəssisələrin və filialların öz vəzifələrini yerinə yetirməsini təmin edəcək və "Müqayisəli tədqiqat” layihəsi üçün zəruri olan texniki dəstəyi verəcəkdir.

CAE DİM-ə şagirdləri ingilis dili imtahanlarına hazırlayan Azərbaycan məktəblərinə CAE tərəfindən "İngilis dili üzrə Kembric rəsmi hazırlıq mərkəzi” statusunun verilməsi, məktəblərin təhsil alan şagirdlərinin nəticələrini birbaşa əldə etmək üçün fərdi onlayn platforma ilə təmin olunması, Kembric Universitetinin nəşriyyatı tərəfindən dərc olunmuş ən münasib hazırlıq materialları haqqında tövsiyələr verilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına dəstək göstərmək məqsədilə onların pulsuz resurslarla təmin olunması, namizədlərin qəbul imtahanlarına hazırlaşmaları üçün pulsuz resurslarla təmini üzrə dəstək göstərəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM