Alternative content

06:17 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda keçiriləcək IV Avrasiya Ədəbiyyat Festivalına 50-dən çox ölkədən yazarlar qatılacaq
Bakıda keçiriləcək IV Avrasiya Ədəbiyyat Festivalına 50-dən çox ölkədən yazarlar qatılacaq
ANA SƏHİFƏ / Mədəniyyət
15:21 25.09.2019

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV "LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək.

Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin "Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. BMT-nin himayəsi ilə gerçəkləşən tədbirə UNİCEF uşaq təşkilatı da dəstək verir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirə 52 ölkədən 150-dək yazar qatılacaq. Festivalın prezidenti, avanqard şair Marqarita Al deyib ki, adətən ədəbiyyat festivalları 5-6 yazıçının iştirakı ilə diqqət çəkdiyi halda, Bakı festivalına 30-dan çox tanınmış yazar qatılır. Bu da festivalın çox yüksək reytinqindən xəbər verir.

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III "LiFFt” festivalında 27 ölkədən müəlliflər arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə festivalın Təşkilat komitəsi builki festivalın İmadəddin Nəsimiyə ithaf olunması barədə qərar qəbul edib.

Festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə 50-dən çox ölkədən yazarların qatılacağı gözlənilir. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edəcək.

Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Natiq Rəsulzadə, akademik Nizami Cəfərov, kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevdi. Tədbirin ölkəmiz üzrə koordinatorları yazıçı, III "LiFFt” festivalının qalibi Varis Yolçuyev, şair, "Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva və yazıçı, professor Əlibala Məhərrəmzadədir.

Festivalda çağdaş ədəbiyyat məsələləri 7 plenar iclasda müzakirə olunacaq. Eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar və kitab təqdimatları keçiriləcək.

Ədəbiyyat bayramının açılış mərasimi oktyabrın 1-i saat 10.00-da, bağlanışı oktyabrın 3-də saat 19.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Festivalda iştirak etmək istəyənlər özləri haqqında zəruri məlumatları [email protected] elektron ünvanına göndərməklə Təşkilat komitəsindən dəvətnamə əldə edə bilərlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM