Alternative content

10:15 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əkinçi”dən başlayıb maarifpərvərlikdən keçilən ədəbi yol...
“Əkinçi”dən başlayıb maarifpərvərlikdən keçilən ədəbi yol...
ANA SƏHİFƏ / Mədəniyyət
00:17 25.09.2019


"Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti. 1897-1907” toplusu milli-mənəvi sərvətlərimizə sahibliyə sanballı töhfədir


On doqquzuncu yüzilliyin ikinci yarısı - XX əsrin əvvəllərində yaşayıb-yaradan Azərbaycan maarifçiləri və ziyalı təbəqəsinin təmsilçiləri arasında ictimai-siyasi fəaliyyəti, eləcə də ədəbi yaradıcılığı ilə seçilən Həsən bəy Məlikov Zərdabinin adının xüsusi və hörmətlə çəkilməsi heç də təsadüfi deyil. Unudulmaz maarifpərvər ziyalımızın yaradıcılığının istiqaməti, məzmun və mənası ilə yaxından tanış olmaq, onun yaşadığı tarixi dövrün xarakteristikası ilə qısa da olsa tanışlıq çox vacibdir.

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının maarifpərvər oğlu Həsən bəy Məlikov Zərdabinin və onun həmkarlarının Bakı Şəhər Dumasında fəaliyyəti ilk dəfə olaraq "Kaspi nəşrləri” seriyasında yenicə işıq üzü görən "Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti 1897-1907” toplusunda işıqlandırılır.

"Kaspi” qəzetinin layihəsi əsasında hazırlanan, "Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibçiliyi, ön söz müəllifliyi və redaktorluğu, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun rəyi ilə "Zərdabi Nəşr” MMC-də 500 tirajla çap edilən kitab 2015-ci ildə "Əkinçi” qəzetinin 140 illik yubileyinə həsr olunmuş rus dilindəki nəşrindən Azərbaycan dilinə çevrilərək oxuculara təqdim edilir.

Toplunun annotasiyasında qeyd edilir ki, istər Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyəti, istərsə də Dumanın iclasları ilk dəfə stenoqram şəklində işıqlandırılır. Əlbəttə, tarixçilər, iqtisadçılar, istərsə də H.B.Zərdabi irsinin araşdırıcıları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab milli-mənəvi sərvətlərimizə sahiblik baxımından da sanballı töhfədir.

Öncədən qeyd edək ki, kitabı şərti olaraq üç hissəyə ayırmaq olar: AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın ön söz yerində verdiyi "Görkəmli ictimai xadim Həsən bəy Məlikov Zərdabi”, "Həsən bəy Məlikov Zərdabinin iştirakı ilə Bakı Şəhər Dumasının iclasları” və tanınmış ictimai-siyasi və dövlət xadimlərinin "Kaspi” qəzetində dərc edilən "Həsən bəy Məlikov Zərdabinin xatirəsinə ünvanlanmış nekroloqlar”.

Nəşrin ön söz yerində tərtibçi və redaktor xalqımızın qəlbində yüz illər boyunca maarifpərvər ziyalı kimi yaşayacaq Həsən bəy Məlikovun dünyaya gəlişindən başlayaraq o dövrün ictimai-siyasi həyatında baş verənlərə diqqət ayırması heç də təsadüfi deyil. Çünki Həsən bəy Məlikov məhz o cür ictimai hadisələrin burulğanlı dövründə, xalqımızın maarifləndirilməsinə ciddi ehtiyac duyulduğu bir zamanda anadan olmuşdu. Respublika o zamanlar aqrar bir bölgəni xatırladır, kəndlilər çəkdikləri zülm və zillətin müqabilində heç nə qazanmır, əksinə, nələri var idisə, əllərindən tutulub alınırdı: "...Kənddə feodal münasibətlərinin qorunub-saxlanması Azərbaycanda kapitalizmin inkişafına mane olurdu, çünki torpaq fondu əvvəlki kimi, bəylərin və xəzinənin əlində idi. Kəndlilər həm dövlətin, həm də bəylərin xeyrinə mükəlləfiyyətlərini daşıyırdılar... Bu haqda H.B.Zərdabinin hakimiyyətin yerlərdəki təmsilçiləri ilə bağlı dediyi fikir heç də təsadüfi deyildi. O yazırdı: "Onlar nəinki heç nə ödəmir, üstəlik, kəndlilərdən xəzinəyə lazım olduğundan daha çox pul yığır, artıq qalanını isə özlərinə saxlayırdılar”.

Həsən bəy öz doğma kəndi Zərdabın nümunəsində çar məmurlarının özbaşınalığını və qanunsuz əməllərini tez-tez ifşa edirdi...”

Kitabın birinci hissəsində oxucu o dövrlə yanaşı, Həsən bəy Məlikovun uşaqlıq və gənclik illəri ilə yaxından tanışlıq imkanı əldə edir ki, bu da bütövlükdə haqqında söz açılan şəxsiyyətin obrazının sözlə ifadəsində mühüm məsələdir.

Kitabın əsas hissəsi olan "Həsən bəy Məlikov Zərdabinin iştirakı ilə Bakı Şəhər Dumasının iclasları”nda maraqlı epizodlar, yaddaqalan hadisələr az deyil. Həmin hissədən bəzi məqamlara diqqət yetirməklə fikrimizi təsdiqləyə bilərik.

Müxtəlif idarələrdə işlədiyi vaxt H.B.Zərdabi belə bir fikrə gəlmişdi ki, xalqın gözünü yalnız maarifçilik yolu ilə açmaq və onun həyatını yaxşılığa doğru dəyişmək olar. Xalqına daha fəal xidmət göstərmək üçün böyük mütəfəkkir maarifçi, pedaqoq, jurnalist Azərbaycan dilində ilk qəzet nəşr etdirməyi qərara alır. Məhz bu ideyanın nəticəsi olaraq 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının əsasını qoymuş "Əkinçi” qəzetinin ilk sayı işıq üzü görür. Elə həmin sayda "Əkinçi” qəzetinin məqsəd və vəzifələrini xarakterizə edən H.B.Zərdabi yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır”.

Maarifpərvər redaktorun fikrincə, "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, o qəzetə baxan xalqı aynada görən kimi görsün; xalqın əzabını, bədbəxtliyini əks etdirsin ki, hər bir oxucusu xalqın vəziyyətini aynadakı kimi görsün”. Çünki "Əkinçi” əyri olan, çürüyən hər şeyi əks etdirən güzgüdür ki, əvəzində təmiz, yaxşı şey onda gözəl şəkildə parıldayır”.

Azərbaycanın ilk qəzeti ətrafında M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.B.Adıgözəlov (Gorani) kimi demokratik baxışlara malik görkəmli ictimai xadimlər toplaşmışdı. Onlar qəzetin səhifələrində feodal-patriarxal ənənələr və onların müdafiəçiləri olan bəylər, xanlar, din xadimləri ilə yorulmadan mübarizə aparırdılar.

Bu qəzetin ömrü uzun çəkmədi. Cəmi 56 sayı işıq üzü görsə də, xalqın gözünün açılmasında, milli mətbuatın yaradılmasındakı misilsiz xidməti bu gün də yüksək dəyərləndirilir.

Həsən bəy Zərdabinin "Kaspi” qəzetindəki fəaliyyəti həyat və yaradıcılığının üçüncü dövrünə düşüb. "Kaspi” həmin dövrdə Rusiyanın və Qafqazın müsəlman əhalisinin ictimai-siyasi həyatında mühüm rol oynayan mətbu orqan kimi tanınırdı. Qəzetin yaranma tarixindən başlamış 1898-1907-ci illərdə ona rəhbərlik etmiş görkəmli ictimai-siyasi dövlət xadimi, publisist, tənqidçi və jurnalist Əlimərdan bəy Topçubaşovun da xidmətləri az deyildi. İctimai-siyasi fəaliyyəti ilə bağlı onun işdə olmadığı müddətdə bu qəzetin müxtəlif illərdə 608 sayı məhz Həsən bəy Zərdabinin redaktorluğu ilə çıxıb.

1870-ci ildə imperator II Aleksandr "Şəhər ictimai idarəsinin yaradılması” ilə bağlı fərman imzalayıb. Həmin fərmana görə onun qanunverici orqanı şəhər duması, icraedici orqanı isə şəhər idarəsi (Urpava) idi. Təəssüf ki, adıçəkilən fərman Bakıda yeddi il yarımdan sonra, 1877-ci ildə qəbul olundu. Beləliklə, Bakı Şəhər Duması və Uprava 1877-ci ilin dekabrında təsis edildi.

Dumanın bütün iclaslarının 1878-1918-ci illərdə "Kaspi”də işıqlandırılması haqqında məlumat verilən topluda göstərilir ki, 1897-ci ildən etibarən ömrünün sonunadək (1907) H.B.Zərdabi ardıcıl olaraq Dumaya qlasnı seçildi. O, Bakı Şəhər Duması iclaslarının fəal iştirakçılarından idi: "Belə iclasların birində - 1898-ci il fevralın 12-də şəhərdəki Realnı, Texniki, I rus-tatar məktəblərinin, eyni zamanda peşə tədris edən müəssisələrin smeta xərcləri nəzərdən keçirilirdi. Duma ali və orta təhsil müəssisələrində təhsil alanlara mükafat kimi nəzərdə tutulan təqaüd və müavinətlərin həcmini, eyni zamanda şəhər kitabxanasının saxlanması və böyüdülməsi üçün lazımi xərclər müəyyənləşdirmişdi. Bu kitabxana Upravada yerləşirdi və oradan yalnız şəhər məktəblərində oxuyub-işləyənlər yararlana bilərdilər. Bu məsələyə münasibət bildirən H.B.Məlikov Duma sədrinə belə bir sualla müraciət edir: "kitabxanaları kütləviləşdirmək olmazmı?” O, yaxşı bilirdi ki, bunun üçün ayrıca yer və işçilər yoxdur. Amma sual verməklə H.B.Məlikov bu yolla qlasnıların və Upravanın diqqətini şəhərin kitabxanaya olan ehtiyacına çəkirdi”.

Toplunun maraqlı cəhətlərindən biri də "Kaspi” qəzetində dərc olunmuş Bakı Şəhər Dumasının iclaslarının "Duma zalından” hazırlanan stenoqramlarının verilməsidir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM