25 Sentyabr 2019 00:17
776
Mədəniyyət
A- A+

Salman Mümtazın gizli imzaları


"Azərbaycan” qəzetindəki "Xortdan bəy” və "Sağsağan” mətnşünasa məxsus olub


Milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və xalq folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib.

Bu il anadan olmasının 135 illiyini qeyd etdiyimiz görkəmli mətnşünas Şəkinin Gəncəli məhəlləsində 20 may 1884-cü ildə tacir ailəsində göz açsa da, ilk təhsilini Aşqabadda alıb.

Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirib. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib.

1908-1909-cu illərdə "Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz "Xortdan bəy”, "Sağsağan” kimi imzalarla yazılar çap etdirib. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən S.Mümtazın "Molla Nəsrəddın”in imperiyanın bir çox bölgələrində yayılmasında zəhməti olmuşdu.

Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, "Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanıb.

Təəssüf ki, 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu "Bakinskiy raboçiy” qəzetində nəşr olunan məqalələrində buraxdığı "ideoloji səhvlərinə” görə pantürkizm və millətçilikdə ittiham ediblər.

8 oktyabr 1937-ci ildə Salman Mümtaz həbs olunaraq ağır işgəncələrə məruz qalıb. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilib. 10 il müddətinə azadlıqdan məhrum edilən Salman Mümtaz 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video