Alternative content

11:32 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran körfəzinin səmasında qara buludlar sıxlaşır
İran körfəzinin səmasında qara buludlar sıxlaşır
ANA SƏHİFƏ / DÜNYA
00:12 25.09.2019


Regionda sabitlik tamamilə pozula bilər


Cari ayın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft şirkətinin obyektlərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu və ardınca cərəyan edən hadisələr İran körfəzi regionunda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. Bu, Yəmən tərəfdən krallığın ərazisinə ilk hava hücumu deyildi. Yəmənin İran tərəfdən dəstəklənən "Ənsar Allah” qiyamçı təşkilatı (hövsilər) əvvəllər də Səudiyyə Ərəbistanında müxtəlif obyektləri vurmuşdur. Ötən ay "Ənsar Allah” krallığın şərqində PUA-ların köməyi ilə neft yatağına hücuma görə məsuliyyəti üzərinə götürmüşdür.

Bu ilin iyununda hövsilər Səudiyyə Ərəbistanının cənubunda Cizan və Əbha aeroportlarına yenə də PUA-lar vasitəsilə hücum etmişlər. Cizan aeroportunda dispetçer məntəqələri və Əbha aeroportunda yanacaqdoldurma stansiyası vurulmuşdur.

Səudiyyə Ərəbistanına son hücum ABŞ başda olmaqla Qərb dövlətlərində sərt reaksiya doğurmuşdur. Bu da səbəbsiz deyil. Belə ki, "Saudi Aramco”nun iki neftayırma zavodunun PUA hücumundan sonra yanması nəticəsində dünyada ən böyük neft ixracatçısının gündəlik hasilatı 9,8 milyon bareldən 5,7 milyon barelə düşmüşdür. Bu isə dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxarmış, nəticədə Qərb ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşməmişdir.

"Saudi Aramco”nun obyektlərinə hücuma görə məsuliyyəti "Ənsar Allah” üzərinə götürmüşdür. Hövsilər bildirmişdilər ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənə hava hücumlarını dayandırmayanadək Ər-Riyad cavab tədbirləri ilə qarşılaşmalı olacaq.

Buna baxmayaraq, ABŞ və Səudiyyə Ərəbistanı krallığın neftayırma zavodlarına hücuma görə məsuliyyəti birbaşa İranın üzərinə qoyur. Onların versiyasına görə, hücum hövsilərin cəbbəxanasında olmayan PUA-lar və raketlər vasitəsilə həyata keçirilmişdir. İran isə bu iddianı rədd edir. Tehran bu iddianı əsassız, anlaşılmaz və cəfəng hesab edir. İranın Xarici İşlər naziri Cavad Zərifin fikrincə, nəzəri baxımdan bir çox ölkələr, o cümlədən ABŞ və İsrail "Saudi Aramco”nun obyektlərinə hücumda maraqlı ola bilərdi.

Beləliklə, Səudiyyə Ərəbistanın səlahiyyətli dövlət orqanları hücumu hələ də təhqiq etməsinə və yekun rəyin hələ ortada olmamasına baxmayaraq, bütün günah oxları İrana tərəf yönəlmişdir. Artıq ittiham kampaniyasına Qərbin üç aparıcı dövləti - Almaniya, Fransa və Böyük Britaniya qoşulmuşdur. Berlin, Paris və Londonun müvafiq birgə bəyanatı srağagün BMT Baş Assambleyasının 74-cü sessiyasının davam etdiyi Nyu Yorkda səsləndirilmişdir.

Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş Naziri Boris Consonun bəyanatında deyilir ki, Səudiyyə Ərəbistanının neftayırma zavodlarına hücuma görə İranın məsuliyyət daşıması üç lider üçün aydındır, digər inandırıcı izah yoxdur. Onlar bildirmişlər ki, hücum Səudiyyə Ərəbistanına qarşı yönəlmişdir, amma bütün ölkələrin mənafeyinə toxunur və irimiqyaslı münaqişənin yaranması təhlükəsini artırır. Almaniya, Fransa və Böyük Britaniya liderləri əmindirlər ki, "Saudi Aramco”nun neftayırma zavodlarına hücum regional sabitliyin və təhlükəsizliyin təmin olunması naminə kollektiv səylərin vacibliyini xatırladır: "Hücum regionda gərginliyin daimi diplomatik səylər və bütün tərəflərlə əməkdaşlıq yolu ilə azaltmağın zəruriliyini təsdiqləyir”.

Eyni zamanda Fransa Prezidenti ayrıca İran rəhbərliyinin siyasi xəttini tənqid etmişdir. Onun fikrincə, iranlılar hazırda gərginliyi artırmaq yolu ilə gedirlər ki, bu da strateji səhvdir: "Bu həm İranın özü üçün, həm də kollektiv təhlükəsizliyin təmin edilməsi baxımından səhvdir”. Makron belə bir məqamı nəzərə çarpdırmışdır ki, İran körfəzi zonasında regional təhlükəsizlik benzinin qiymətində birbaşa əksini tapır, həmçinin Fransanın öz təhlükəsizliyinə təsirini göstərir və ona görə də "domino effekti”nin qarşısını almaq son dərəcə çətindir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham etdiyinə görə Almaniya, Fransa və Böyük Britaniyaya təşəkkürünü bildirmişdir: "ABŞ Səudiyyə Ərəbistanına münasibətdə müharibə aktına görə İranın məsuliyyət daşıması ilə əlaqədar bəyanatına görə yaxın dostlarına - Böyük Britaniya, Fransa və Almaniyaya təşəkkür edir”. Onun dediyinə görə, məsuliyyətin İranın üzərinə qoyulması diplomatiyaya və sülh işinə kömək edəcək. Pompeo bütün ölkələri İranın hərəkətlərini pisləməyə çağırmışdır.

Məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası çağırıla bilər. İranı ittiham edən ölkələr Təhlükəsizlik Şurasının xətti ilə hücuma görə məsuliyyəti Tehranın üzərinə qoymaq məqsədi güdür. Amma çətin ki, belə bir iclasın keçiriləcəyi təqdirdə istənilən nəticəni əldə etmək mümkün olsun.

Bununla belə, anti-İran kampaniyası genişlənir. Gözləmək olar ki, yaxın gələcəkdə kampaniyaya yeni-yeni ölkələr qoşulacaq. İrana artmaqda davam edən təzyiqin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir. Bir tərəfdən, Avropa ölkələri İran körfəzində münaqişə ocağının yaranmasından ehtiyat edir, çünki müharibənin alovlanması ilə neftin qiyməti kəlləçarxa çıxar və nəticə etibarilə dünya iqtisadiyyatı, o cümlədən Avropa iqtisadiyyatı sarsıdıcı zərbə alar. Digər tərəfdən isə, ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri İrana münasibətdə sərt mövqe nümayiş etdirir. Bu ilin mayında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə ovaxtkı müşaviri Con Bolton bəyan etmişdi ki, İranın ABŞ-ın və ya onun müttəfiqlərinin maraqlarına hər hansı qəsdinə sərt cavab veriləcək. Görəsən, Bolton istefaya çıxandan sonra məsələ yenə də bu cür qoyulurmu?

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM