Alternative content

14:45 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IAEA 2019 konfransının ikinci günü Hanan Xalifanın çıxışı və təhsilin qiymətləndirilməsi üzrə müzakirələrlə yadda qalıb
IAEA 2019 konfransının ikinci günü Hanan Xalifanın çıxışı və təhsilin qiymətləndirilməsi üzrə müzakirələrlə yadda qalıb
ANA SƏHİFƏ / Elm və texnika
19:40 24.09.2019

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də IAEA 2019 beynəlxalq konfransının əsas məruzəçilərindən biri - Kembric Universitetinin İngilis dili üzrə biliyin qiymətləndirilməsi kafedrasının tədqiqat və beynəlxalq inkişaf bölməsinin rəhbəri xanım Hanan Xalifa "Qiymətləndirmə islahat təşəbbüsü kimi – təcrübə mübadiləsi" mövzusunda çıxış edib. Məruzəçi təhsil sahəsində islahat təşəbbüslərinin bir hissəsi olaraq beynəlxalq səviyyəyə uyğun və ya xarici qiymətləndirmənin tətbiq olunmasının getdikcə daha geniş vüsət aldığını bildirib. Hanan Xalifanın fikrincə, bu, əsasən xarici dili öyrənmə nəticələrini yaxşılaşdırır, ictimai hesabatlılığı təmin edir, öyrənmə və tədris proseslərində arzuolunan dəyişiklikləri təşviq edir.

Hanan Xalifa məruzədə məktəbəqədər və məktəb təhsili pilləsində ingilis dilinin öyrənilməsi üzrə islahat təşəbbüsü kimi qiymətləndirmələrin istifadəsi barədə fikirlərini bölüşüb. O, qərarvermə və fəaliyyət planlaşdırması üçün konkret faktlar təqdim edərək islahat təşəbbüsünün əvvəlində qiymətləndirmənin rolundan bəhs edib.

Əsas məruzədən sonra "Siyasətin formalaşdırılması”, "Ali təhsil”, "Qiymətləndirmə strategiyaları”, "Müəllim inkişafı”, "Psixoloji qiymətləndirmə”, "Dil biliklərinin yoxlanması”, "Müəllim hazırlığı və qiymətləndirmə”, "Yazı işlərinin qiymətləndirilməsi”, "Validlik”, "Qiymətləndirmə metodları”, "Müqayisəli tədqiqatlar”, "Diaqnostik qiymətləndirmə” mövzularında sessiyalar keçirilib.

Sessiyalarda qiymətləndirmə sahəsində xarici və yerli ekspertlərin məruzələri dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Xatırladaq ki, IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM