Alternative content

12:25 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclasında “Gənclər siyasəti haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə olunub
Milli Məclisin komitə iclasında “Gənclər siyasəti haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
19:31 24.09.2019

Sentyabrın 24-də Milli Məclisin Gənclər və İdman komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ülvi Quliyev gündəlikdəki məsələləri təqdim edib. Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyətinin hesabatı verilib. Bildirilib ki, ötən sessiyada komitənin 7 iclası keçirilib, "Gənclər siyasəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, paket halında daxil olan bir sıra qanunlara düzəlişlərlə bağlı sənədlər, Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzində fəaliyyəti haqqında hesabat və digər məsələlər müzakirə olunub.

Bu müddətdə komitənin sədri və üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər, bir sıra tədbirlərə qatılıblar. Bunlardan "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfransı, parlamentdə təşkil olunmuş "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masanı, Milli Məclisin dəstəyi ilə "Könüllülər Parlamenti-Azərbaycan 2019" layihəsi çərçivəsində gənclərlə görüşü, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra 1 illik fəaliyyətinə həsr olunmuş tədbiri, "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatını, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı gənclərlə görüşü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı toplantıları, onun siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş "Ulu Öndər” sənədli filminin təqdimat mərasimini və digər tədbirləri göstərmək olar.

Hesabat dövründə komitəyə ümumilikdə 189 yazılı və şifahi şəkildə müraciət olunub. Daxil olan 59 məktubdan 48-i vətəndaşlar tərəfindən, 11-i isə müxtəlif qurumlardan olub. Müraciətlərdə ictimai-siyasi vəziyyət, kadr siyasəti, əhalinin sosial müdafiəsi, əmək mübahisələri, özəlləşdirmə, maliyyə, mənzil-məişət, elm, mədəniyyət, təhsil, idman haqqında məsələlər öz əksini tapıb. Məktublarda qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Sessiya ərzində komitə sədri tərəfindən 89 vətəndaş qəbul edilib.

Sonra komitənin 2019-cu il payız sessiyası üçün iş planı təqdim olunub. Diqqətə çatdırılıb ki, iş planında Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirlərinin təşkili, "Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə cari işlərin həyata keçirilməsi, "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Deputatlar Şahin İsmayılov, Cavid Osmanov, Azər Badamov, Sevinc Hüseynova, Naqif Həmzəyev, Elşən Musayev bildiriblər ki, yaz və növbədənkənar sessiyalar çox məhsuldar keçib, komitə dövlət siyasətinin gənclərə çatdırılmasına öz layiqli töhfəsini verib. "Nəsimi İli” çərçivəsində, "Yüksəliş” müsabiqəsi ilə əlaqədar planlaşdırılan layihələrin əhəmiyyətli olduğunu deyiblər və təkliflərini səsləndiriblər.

Çıxışlarda son vaxtlar informasiya texnologiyalarından istifadə qaydalarının pozulması, saxta profillərin açılması və digər bu kimi mənfi halların olması təəssüflə qeyd olunub. Deputatlar bu istiqamətdə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onları düzgün yönləndirməyin vacibliyi barədə fikirlərini açıqlayıblar.

Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyasının iş planı təsdiqlənib.

Sonra iclasda "Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, qanunun 5.6.3-cü maddəsində "sosial-psixoloji reabilitasiya” sözləri "psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz olunur. Qeyd edilib ki, bu qanuna və eyni paketə daxil olan "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və "Təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər bu sənədləri "Psixoloji yardım haqqında” 2018-ci il 7 dekabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM