24 Sentyabr 2019 19:16
1524
PARLAMENT
A- A+

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib


Sentyabrın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik edərək qarşıdakı sessiyada onlara uğurlar arzulayıb.

Daha sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərdən danışıb. Bildirilib ki, bu dövrdə komitənin 6 iclası keçirilib, bu iclaslarda 12 vacib məsələ müzakirə olunub ki, bunlardan 9-u qanun layihəsidir. Bildirilib ki, yaz və növbədənkənar sessiyalar müddətində komitənin ünvanına 119 təklif, ərizə və şikayət daxil olub. Bütün bu məsələlərə komitədə baxılıb müvafiq şəkildə həll edilib.

Arif Rəhimzadə hesabat dövründə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsindən geniş söhbət açıb. Qeyd olunub ki, bu dövrdə komitədə bələdiyyələrin inkişaf məsələləri, onların işinin təkmilləşdirilməsi üçün bir sıra qanunlara mühüm dəyişikliklər edilib. Sonra komitə üzvlərinin hesabat dövründə beynəlxalq tədbirlərdə, ölkə daxilində siyasi və iqtisadi xarakterli toplantılarda iştirakından söz açılıb, seçicilərlə aparılan işlərdən danışılıb.

Deputatlar Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məqbul hesab edilib.

Arif Rəhimzadə payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı məlumatı da təqdim edib. Bildirilib ki, qarşıdakı sessiya müddətində komitədə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə yeni qanun layihələrinin hazırlanması və digər sənədlərin müzakirəsi planlaşdırılır.

İclasda bələdiyyələrin statusu ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsinin vacibliyi kimi təkliflər də səsləndirilib.

Ətraflı müzakirələrdən sonra komitənin 2019-cu ilin payız sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video