Alternative content

11:35 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Britaniya Ali Məhkəməsi parlamentin işini bərpa etdi
Britaniya Ali Məhkəməsi parlamentin işini bərpa etdi
ANA SƏHİFƏ / DÜNYA
17:05 24.09.2019


Dünən Böyük Britaniya Ali Məhkəməsi Baş Nazir Boris Consonun parlamenti məcburi tətilə göndərmək barədə qərarını qanunsuz saymışdır. Hakimlər yekdilliklə qərara almışlar ki, hökumət bu cür addım atmaq üçün yetərli əsas təqdim etməmişdir. Consonun üzrlü səbəb olmadan qəbul etdiyi qərar parlamenti qanunvericilik orqanı, habelə icra hakimiyyətinin fəaliyyətinə nəzarət edən orqan kimi işini icra etmək imkanından məhrum edir.

Sentyabrın 11-də Şotlandiya Yüksək Mülki Məhkəməsi qərara almışdı ki, Britaniya parlamentinin məcburi tətilə göndərilməsi barədə qərar qanunsuzdur. Böyük Britaniya hökuməti Ali Məhkəməyə apelyasiya vermişdi.

Beşhəftəlik məcburi tətil sentyabrın 10-na keçən gecə başlamış və parlamentarlar arasında səs-küylü etirazlarla müşahidə olunmuşdu. Növbəti sessiya oktyabrın 14-nə təyin edilmişdi.

Ekspertlərin fikrincə, parlamentin bloklanması deputatlara "sərt "Brexit” senarisinə qarşı səmərəli çıxış etmək üçün vaxt verməməyə yönəlmişdi.

Buna baxmayaraq, parlament tətilə getməzdən əvvəl Avropa İttifaqı (Aİ) ilə sazişsiz "Brexit”in qarşısını almaq üçün bir neçə addım atmışdır. Məsələn, sentyabrın 9-da Kraliça II Yelizavetanın imzaladığı qanuna əsasən, Britaniya hökuməti qanunvericilərin razılığı olmadan "sərt "Brexit” həyata keçirə bilməz. Bu qanuna görə, hökumət oktyabrın 18-də Aİ Şurasının iclasında Aİ ilə yeni sazişə nail olmağa cəhd etməlidir. Əgər oktyabrın axırınadək Brüssellə razılaşma əldə olunmasa, Conson Brüsseldən üç ay – 2020-ci il yanvarın 31-dək möhlət istəməlidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM