Alternative content

11:34 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyada iğtişaşların 300-dən çox iştirakçısı tutuldu
İndoneziyada iğtişaşların 300-dən çox iştirakçısı tutuldu
ANA SƏHİFƏ / DÜNYA
17:04 24.09.2019

İndoneziya polisi Papua əyalətində iğtişaşlar törətməkdə şübhəli bilinən 300 nəfərdən çox adamı saxlamışdır. Həmin hadisələrdə 21 nəfər həlak olmuş, 60 nəfərdən çox adam yaralanmışdır. Bu barədə "Detik” portalı ölkənin hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Dedi Prasetioya istinadən xəbər verir.

Prasetionun dediyinə görə, bunlar, əsasən, Cayapur Universitetinin tələbələridir. Polis əməkdaşları ötən bazar ertəsi baş vermiş iğtişaşlarda saxlanılanlardan hər birinin rolunu araşdırmalıdır.

"The Jakarta Post” qəzeti xəbər verir ki, Cayapurdakı ali məktəblərin birində təxminən 300 tələbə üçün müvəqqəti sığınacaq təşkil edilmişdi. Onlar irqi ayrı-seçkiliyinə məruz qaldığından İndoneziyanın digər şəhərlərindən Papuaya qayıtmalı olmuşdular. Hökumət onları Vamen şəhərinə köçürmək qərarına gəlmişdi. Əvvəlcə tələbələr bundan imtina etmişdilər, lakin polislər və hərbçilər onları Cayapurdakı universitetdən kənarlaşdırmışdılar.

Şahidlərin dediyinə görə, onlar təyinat məntəqəsinə gəldikdən sonra toqquşmalar baş vermişdir. Nəticədə bir hərbi qulluqçu və üç etirazçı həlak olmuşdur. Bir müddət sonra Vamendə keçirilmiş etiraz aksiyasının iştirakçıları mağazalara və inzibati binalara od vurmuşlar. Bu səbəbdən azı 17 nəfər həlak olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM