24 Sentyabr 2019 17:02
449
DÜNYA
A- A+

Puerto-Riko sahillərinin yaxınlığında güclü zəlzələ


Dünən Puerto-Riko sahillərinin yaxınlığında 6 bal gücündə zəlzələ baş vermişdir. Bu barədə "Assoşieyted Press” agentliyi ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir.
ABŞ-ın bu ərazisinin sakinləri ilk yeraltı təkanı səhər saatlarında hiss etmişlər. Bundan sonra bir saat ərzində 4,7 və 4,6 bal gücündə üç afterşok qeydə alınmışdır.
Seysmoloqların hesablamalarına görə, episentr adanın sahillərindən 79 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə olmuşdur.
Ərazidə yüngül yeraltı təkanlar müntəzəm hiss edilsə də, bu zəlzələ son illər Puerto-Riko üçün ən güclü yeraltı təkan olmuşdur.
Fövqəladə hallar üzrə regional agentliyin nümayəndəsi sunami riskinin olmadığını bildirmişdir.
Zərərçəkənlər və ziyan barədə hələ ki məlumat yoxdur.
Qeyd edək ki, agentlik adaya yaxınlaşan "Karen” tropik qasırğasına görə onsuz da yüksək hazırlıq vəziyyətində idi. Dünən leysan yağışları, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə bağlı adadakı məktəblər və hökumət müəssisələri bağlanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video