24 Sentyabr 2019 15:31
988
Elm və texnika
A- A+

Rafiq Abbasov: Mədəniyyət və təhsil mübadiləsi istiqamətində Azərbaycan-Çin əməkdaşlığının geniş perspektivləri var


Çin Xalq Respublikasının (ÇXR) "Sinxua” rəsmi informasiya agentliyində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin icraçı katibi Rafiq Abbasovla müsahibə yerləşdirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Rafiq Abbasov müsahibəsində son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. Alim qeyd edib ki, bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş "Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.

Rafiq Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı ÇXR-in Sədri Si Cinpinlə dövlət başçımız "İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalayıb. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra "Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin "yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başlayıb, ölkələr arasında ictimai-siyasi dialoq fəallaşıb, həmçinin Konfutsi İnstitutu şəbəkəsi də genişlənib. Artıq Azərbaycan Dillər Universitetində rektor Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan-Çin mədəniyyətlərarası dialoq proqramının həyata keçirildiyi Konfutsi İnstitutu yaradılıb. Rafiq Abbasov onu da bildirib ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunın əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətinin daha geniş təbliğ olunmasıdır. Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq münasibətlərinin inkişafı ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində də mühüm rol oynamaqdadır. Bu gün Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə Çin dilinə maraq artmaqdadır. O, xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə marağın ildən-ilə artmaqda olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda ADU-da bakalavr səviyyəsində "Regionşünaslıq” ixtisası üzrə 70-dən artıq tələbə təhsil alır. Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu vardır. Bununla yanaşı, Təhsil Nazirliyi dövlətlərarası razılaşmalara əsasən, hər il Çinə təhsil almaq üçün 50-yə qədər tələbə göndərir, Konfutsi İnstitutu isə Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün "Çin dili körpüsü” kursları təşkil edir. Azərbaycanda onlarla Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər bir tərəfdən isə Çin dilini öyrənməyə artan maraq bu ölkənin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu gün Azərbaycanda elmi mübadilə genişlənir, Çində ticarət qurmaq istəyən biznesmenlərin sayı çoxalır. Bütün bunlar Çin dili kurslarına gələnlərin sayının artımında da özünü göstərir.

İki ölkə arasında mədəni sahədə mübadilə ilə bağlı məsələlərə toxunarkən R.Abbasov Azərbaycanda Çinin qeyri-maddi və mənəvi irsinin təbliği istiqamətində mühüm xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin əməyini xüsusi qeyd edib. Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyəti arasında imzalanmış Memoranduma əsasən Çində Azərbaycan musiqisi günləri keçirilir, Azərbaycanda da müvafiq olaraq müasir Çin rəssamlarının sərgiləri təşkil olunur. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video