Alternative content

04:59 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IAEA 2019 konfransının sessiyaları başlanıb
IAEA 2019 konfransının sessiyaları başlanıb YENİLƏNİB
ANA SƏHİFƏ / Təhsil
12:13 24.09.2019

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) sessiyalarla davam edir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində sentyabrın 24-də "Siyasətin formalaşdırılması”, "Ali təhsil”, "Qiymətləndirmə strategiyaları”, "Müəllim inkişafı”, "Psixoloji qiymətləndirmə", "Dil biliklərinin yoxlanması", "Müəllim hazırlığı və qiymətləndirmə", "Yazı işlərinin qiymətləndirilməsi", "Validlik" mövzularında sessiyalar keçirilib.

Sessiyalarda "Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi və yeni qiymətləndirmə siyasəti”, "Qiymətləndirmə məlumatlarından qərar qəbulu prosesində istifadənin mübahisəli və mürəkkəb xarakteri”, "Azərbaycanda fərqlənmə proqramı nə dərəcədə uğurludur?”, "Xüsusi qabiliyyət imtahanlarında şəffaflığın təmini” mövzularında məruzələr dinlənilib.

Konfrans iştirakçıları milli səviyyədə təhsilin keyfiyyətini yüksəltmək üçün qiymətləndirmənin roluna, akademik fəaliyyətə təsir edən amillərə dair müzakirələr aparıblar.

Tədbirdə, həmçinin "İnsanın yaradıcı potensialının formalaşdırılmasına dair eksperimental araşdırma”, "İnkişaf siniflərində aşağı nəticə göstərən şagirdlərin erkən semestr sinif qiymətləndirməsinin həyata keçirilməmiş nəticələri”,

"Texniki və peşə təhsili üçün işçi qüvvəsinin əsas bacarıqlarının qiymətləndirilməsi" mövzularında təqdimatlar edilib. Bununla yanaşı, "Təbiət elmləri və riyaziyyat müəllimləri üçün onlayn inkişaf kursları", "Peşəkar inkişaf üçün müəllim hazırlığı modeli", "Azərbaycanda e-marker qiymətləndirmə sisteminin funksionallığına giriş" mövzularında çıxışlar, habelə Skandinaviya, Qərbi Afrika ölkələri, Qazaxıstan, Çin, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı ölkələrinə aid məruzələr dinlənilib, müzakirələr aparılıb.

Xatırladaq ki, konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM