24 Sentyabr 2019 09:59
1383
PARLAMENT
A- A+

Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edir


Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, "Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilən konfransda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi konfransın məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi, qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, konfrans Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Avrasiya inteqrasiyası ideyasının 25 illiyinə həsr edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video