Alternative content

13:03 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Peşə təhsili sahəsində islahatlar davam edir
Peşə təhsili sahəsində islahatlar davam edir
ANA SƏHİFƏ / Təhsil
00:44 24.09.2019


Bu gün peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən biridir. Məhz peşə təhsili bütün seqmentlər üzrə ixtisaslı kadr hazırlığının təmin edilməsində aparıcı rola malikdir. Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb.

Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanılıb, müəllimlərin və istehsalat təlimi ustalarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir.

Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Gəncə, Qəbələ, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.


Sənaye və innovasiyalar üzrə ixtisaslaşan müasir peşə təhsili mərkəzi


Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanan Kredit Sazişinə əsasən Bakı şəhərində sənaye və innovasiyalar üzrə ixtisaslaşan müasir peşə təhsili mərkəzi istifadəyə verilib və cari tədris ilindən fəaliyyətə başlayıb. Bu təhsil kompleksi əsas tədris binasını, 2 emalatxana, yataqxana, idman meydançasını və digər zəruri infrastrukturu özündə ehtiva edir. Artıq Koreyadan 809 adda 4089 sayda ən müasir avadanlıqlar gətirilərək quraşdırılıb. Tədris prosesinin Koreya təhsil standartları əsasında təşkili məqsədilə koreyalı və yerli mütəxəssislər tərəfindən özəl sektor da cəlb edilməklə kurikulum və tədris vəsaitləri hazırlanıb. Mərkəzdə mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma olmaqla 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçirməsi təmin edilib. Cari tədris ilində mərkəzdə 400 tələbə təhsil alacaq. Növbəti tədris ilindən etibarən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.


Rəqabətqabiliyyətli kadr hazırlığı


Rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirəcək bu mərkəz Sumqayıt Texnologiyalar Parkı, "Huawei”, "Mitsubishi”, "EduMedia”, "Subaru”, "Optimal Electronics”, "Tech Academy”, "Honda”, "Hyundai”, "Helind”, "Mazda”, "Azedunet”, "Toyota Azərbaycan”, "Mars Academy”, "Turox Aero Technologies” kimi aparıcı sənaye müəssisələri və şirkətlərlə əməkdaşlıq əlaqələri yaradıb və memorandumlar imzalayıb. Yeni qəbul olunan "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkil edilməsi nəzərdə tutulub. Bununla əlaqədar məzunların əmək bazarının ehtiyaclarına uyğun hazırlanması və məşğulluğunun təmin edilməsi məqsədilə ümumtəhsil müəssisələrinin X-XI siniflərində peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. İlkin olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Abşeron, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabad rayonlarında ümumilikdə 20 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Həmin təhsil müəssisələrində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə zəruri infrastruktur və təcrübə sahələri yaradılıb, tədris planları, müvafiq resurslar, dərs modulları hazırlanıb. Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqdan sonra tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da həmin sənədə əsasən onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM