24 Sentyabr 2019 00:39
502
İQTİSADİYYAT
A- A+

Kartof toxumları tədarük edilir


Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum yetişdirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür ki, toxumluq kartofun yığımına başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı elit reproduksiyalı "Telman” sortunun dəmyə ərazilərdə daha yüksək nəticə göstərdiyi məlum olub. Yığım zamanı superelit və elit reproduksiyalı toxum texnoloji yolla çıxarılaraq çeşidlənir, saxlama qaydalarına uyğun olaraq anbara yığılır. İsaq Həsənov bildirib ki, əldə olunan toxumlar bölgü əsasında respublikada kartofçuluqla məşğul olan fermer təsərrüfatlarına veriləcək. Məntəqədə "Əmiri” sortunun da toxumçuluğu təşkil edilib.

Qeyd edək ki, "Telman” sortu 2008-ci ildə rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib, dəmyə şəraiti üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Respublikanın qərb və Şirvan bölgəsinin dağlıq ərazilərində geniş yayılıb. Dəmyə şəraitində hektardan məhsuldarlığı 15 tondur, suvarma şəraitində məhsuldarlığı iki dəfə artır.

Sortun müəllifi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, mərhum Zeynəddin Əmirovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video