23 Sentyabr 2019 16:52
539
DÜNYA
A- A+

Jeenbekov qırğız dilinin inkişafını ön plana çıxarır

Qırğız dilində danışmaq prestij olmalıdır. Bu bəyanatla Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış etmişdir.

Dövlət başçısı ölkədə ana dilinin inkişafı naminə görülməli olan tədbirləri sadalamışdır. Onun dediyinə görə, nazirlik və idarələrdə kargüzarlıq həcminin maksimum 60 faizi qırğız dilində aparılır, sənədlərin və rəsmi kağızların keyfiyyəti çox aşağıdır. Bu da dövlət dilinin nüfuzuna xələl gətirir.

Jeenbekov qeyd etmişdir ki, dövlət və bələdiyyə qulluqçuları qırğız dilini "Qırğıztest” sisteminin tələbləri səviyyəsində bilməlidirlər. Həmçinin qırğız dilinin dövlətin və millətin əsas atributu kimi nüfuzunu artırmaq lazımdır. Prezident əlavə etmişdir ki, dövlət dilinin həyatın bütün sahələrində tətbiqi vətəndaşların ümumi vəzifəsidir. O vurğulamışdır ki, problem məsələyə məsuliyyətsiz münasibətdədir.

Ölkə lideri qeyd etmişdir ki, adamları dili öyrənməyə məcbur etməklə onu zorla inkişaf etdirmək mümkün deyil. Ona görə də yeni təlim-tədris proqramı işləyib hazırlamaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video