23 Sentyabr 2019 12:21
1398
CƏMİYYƏT
A- A+

Fəsil dəyişikliyinin yaratdığı narahatlıqlar


Payız kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan bir fəsildir. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradır.

Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Dəyişkən hava şəraiti bəzən onlarda həm psixoloji fəsadlar, həm də xəstəliklərlə müşahidə edilir. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv hallar müşahidə edildiyini söyləyirlər. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Könül Məmmədova AZƏRTAC-a deyib: "Bir qədər fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə həmin hal daha tez müşahidə olunur. Payız depressiyasına düşən insanlar daha çox həyəcanlı, yatmağa meyilli olur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.

Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur. Ona görə də ilk növbədə, fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq heç olmasa 1 saata qədər təmiz havada gəzmək lazımdır”.

Paytaxtdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayevanın dediyinə görə, hamilə qadınlar, azyaşlı uşaqlar və yaşı 50-dən yuxarı olanlarda fəsil dəyişikliyi müəyyən əlamətlərlə özünü göstərir: "Beş-altı yaşlı uşaqları həmin dövrdə fiziki və emosional yükdən azad etmək lazımdır. 11-14 yaşlı uşaqlarda bədəndə hormonal dəyişiklik getdiyindən onları fiziki cəhətdən yükləmək məsləhət görülmür. Həmin dövrdə ən çox narahatlığı dərman qəbul edən xəstələr keçirirlər. İqlim dəyişikliyi zamanı onlarda təzyiq qalxmaları müşahidə edilir və onlar çox vaxt yanlış olaraq dərman qəbulunu və miqdarını artırırlar. Həmin xəstələrin həkimə üz tutmağı məsləhətdir, narahatlıq iqlim dəyişikliyi ilə əlaqədardırsa, sakitləşdirici dərmanların qəbul edilməsi məsləhət görülür, çünki fəslə uyğunlaşma birbaşa sinir sistemi ilə əlaqədar olur. Təzyiq oynaması da əsasən onlarda sinir sisteminin təsiri ilə baş verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video