23 Sentyabr 2019 12:20
811
Elm və texnika
A- A+

Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər


"Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. Bu barədə AZƏRTAC-a Azərbaycan İlahiyyat İnstitutundan bildirilib.

Heydər məscidini ziyarət zamanı qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri həkk olunub. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir.

Ziyarət zamanı vurğulanıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə birlikdə iştirak edib. Açılış mərasimində Şimali Qafqazın müftiləri fəxri qonaq qismində iştirak ediblər.

Qonaqlara, eyni zamanda, məsciddə qılınan Vəhdət namazları barədə də məlumat verilib. Heydər məscidində Vəhdət namazının ənənə halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun bir nümunə təşkil etdiyi bildirilib.

Daha sonra Qoşa Qala küçəsindən başlayan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları haqqında məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi ("Bazar Meydanı”) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.

Sonda konfrans iştirakçıları tarix-memarlıq nümunəsi olan Qız qalasının önündə xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video