Alternative content

05:03 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
20:17 22.09.2019

Sentyabrın 22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparıblar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim ediblər.

Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Üç halqa və iki cüt gürzlə final yarışlarında Azərbaycan, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliya və Çin yığmaları mübarizə aparıblar.

Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıblar. Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub.

Beş topla yarışlarda isə Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrail və Çin komandaları xalça üzərinə çıxıblar. Dünya çempionu adını qazanan yaponiyalı gimnastların kompozisiyası hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub.

"Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında "Tokio 2020”yə vəsiqə qazanıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM