22 Sentyabr 2019 00:36
1309
Səhiyyə
A- A+

“Təbii aspirin”


Moruq çox faydalı giləmeyvədir və əsl təbii dərmandır. Bu giləmeyvə C vitamini ilə olduqca zəngindir.

Bundan əlavə tərkibində A, PP, E, B qrupu vitaminləri, kalium, kalsium, fosfor, mis, maqnezium, dəmir, selen kimi faydalı minerallar, efir yağları var. Müxtəlif turşularla (salisil, alma, limon turşusu) zəngin moruğun tərkibində antosian maddəsi var ki, bu maddə damar və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır. Orqanizmdə aterosklerozun inkişafını ləngidir. Təzə moruq baş ağrıları zamanı çox yaxşı kömək edir, həmçinin oynaq ağrılarının dərmanıdır ki bu da giləmeyvənin tərkibində salisil turşusunun olmağı ilə izah olunur.

Ürək-damar sistemi üçün faydalı olan moruq yüksək təzyiqi aşağı salır, qanın tərkibini yaxşılaşdırır. Pektinlərlə zəngin olduğu üçün mədə-bağırsaq sisteminə də müsbət təsir edir, bağırsaqları təmizləyir, onlara antiseptik təsir edir, həzmi yaxşılaşdırır, iştahanı artırır.

Dadlı giləmeyvə soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir - hərarəti salır, xəstəliyin simptomlarını azaldır, tərlədir, immuniteti möhkəmləndirir. Məhz bu səbəbdən moruğu "təbii aspirinadlandırırlar. Soyuqdəymə zamanı təzə moruğu suda çay kimi dəmləmək, moruq kompotundan istifadə etmək faydalı olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video