22 Sentyabr 2019 00:36
1007
Səhiyyə
A- A+

Ədviyyatlı məlhəm


Qədim təbiblər soyuqdəymə, gərginliklə bağlı olan əzələ ağrıları zamanı ədviyyatlar əsasında hazırlanan çox effektli təbii vasitədən istifadə edirdilər. Bu vasitənin resepti belədir:

- 1 stəkan zeytun yağı;

- 1 çay qaşığı üyüdülmüş keşniş toxumu;

- 1 çay qaşığı üyüdülmüş zəncəfil;

- 1 çay qaşığı üyüdülmüş darçın;

- 1 çay qaşığı üyüdülmüş cövüz;

- 1 çay qaşığı qara istiot;

- 1 çay qaşığı üyüdülmüş xardal.

Hazırlanması:

Yağı bir qaba töküb qaynayan suyun içərisində qızdırın, içinə ədviyyatları tökün, yaxşı qarışdırın və 5-7 dəqiqə ərzində saxlayın. Daha sonra soyudun və ilıq halda ağrıyan əzələyə çəkib massaj edin. Yağı tünd rəngli şüşə qaba töküb sərin yerdə (soyuducuda yox!) saxlayın.

Bu məlhəmi həmçinin öskürək zamanı yatmazdan əvvəl döş nahiyəsinə də çəkmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video