“UNEC ikili diplom proqramları” sərgisi keçirildi
Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC ikili diplom proqramları” sərgisi keçirilib.
Sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramları təqdim olunub. Sərgini ziyarət edənlərə UNEC-də bakalavr pilləsi üzrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du developpement) və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat verilib. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramının məzun tələbələri ziyarətçilərə və qonaqlara proqramın üstünlüklərindən bəhs ediblər.
Sərgidə UNEC-in magistr pilləsi üzrə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ikili diplom proqramları da nümayiş olunub.
UNEC rektoru, professor Ədalət Muradov qonaqlara və jurnalistlərə sərgi barədə açıqlama verib. Bildirib ki, UNEC-in ikili diplomları barədə sərgi ilk dəfədir ki, təşkil olunur. Burada UNEC-in 8 xarici universitetlə magistr və bakalavr pilləsi üzrə ikili diplom proqramı təqdim olunur. Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. Rektor bildirib ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetin də diplomunu əldə edə bilərlər. Eləcə də magistratura təhsilində UNEC ilə ABŞ-ın və ya Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanmaq mümkündür.
Sərgini ziyarət edənlər UNEC-in ikili diplom proqramlarını yüksək qiymətləndirərək bu imkanı tələbə və magistrlər üçün böyük uğur adlandırıblar.
Sərgidə tələbələri maraqlandıran suallar cavablandırılıb, ikili diplomlar barədə bukletlər paylanılıb.
M.SADIQZADƏ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!