21 Sentyabr 2019 22:17
553
SİYASƏT
A- A+

Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir


"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb


"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 88-ci kitabındakı materiallar 2018-ci ilin iyunundan avqust ayınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın uğurla təmsil olunduğu tədbirlərdən biri Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı olub. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edərkən Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Prezidentin Zirvə toplantısında dərin məzmunlu çıxışının mətni 88-ci kitaba daxil edilib.

Kitabda Prezident İlham Əliyevin NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşləri barədə informasiyalar, NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxışının mətni, Fransa və Qazaxıstana səfərlərindən bəhs edən materiallar yer alıb.

Oxucu nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Türkiyə, İtaliya, Tacikistan prezidentləri, Almaniyanın Federal Kansleri ilə apardığı danışıqlar, mətbuata bəyanatların mətnləri, ölkələr arasında saziş və müqavilələrin imzalanmasına dair materiallarla da tanış ola bilər. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ olaraq qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.

Çoxcildliyin 88-ci kitabında ölkə rəhbərinin Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası polis orqanlarının şəxsi heyətinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə təbrik məktubları və digər məktublar yer alıb.

Bu nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri, Şamaxı, İsmayıllı rayonlarına səfərlərinə dair materiallar da toplanıb.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 88-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video