21 Sentyabr 2019 19:11
496
CƏMİYYƏT
A- A+

İsmayıllıda Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib


Sentyabrın 21-də İsmayıllı şəhərində Yeni Azərbaycan Partiyasının İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir və Şamaxı ərazi ilk partiya təşkilatları sədrlərinın iştirakı ilə müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədən əvvəl Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Zona müşavirəsində YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruzəli Aslanov iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. O, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyini və bunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi veteranları ilə də görüşüb. Əli Əhmədov Qarabağ müharibəsi veteranlarının qayğıları ilə maraqlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video