Alternative content

12:53 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
ANA SƏHİFƏ / Mədəniyyət
17:32 21.09.2019

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Xalça Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, muzeylə tanışlıq zamanı Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, "qızıl fondu”nu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.

Bildirib ki, nümayiş olunan xalça kolleksiyası heç bir yerlə müqayisə oluna bilməz. Bu sənət Azərbaycan xalqının mədəni irsini əks etdirməklə yanaşı bütün dünyaya öz töhfəsini verir.

Qonaq Çinin Sinzyan, Daxili Monqolustan əyalətlərində də xalçaçılıq sənəti ilə məşğul olan məktəblərin fəaliyyət göstərdiyini söyləyib. Əlbəttə çinlilərin toxuduğu xalçalar öz texnologiyası ilə seçilir və Azərbaycan xalçalarından fərqlənir.

"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, cavanlar artıq bu sənətdən uzaqlaşır və xalça toxuyanların sayı get-gedə azalır. Bu isə Çin xalçaçılıq ənənələrinin unudulmasına gətirib çıxara bilər”, - deyə L.Canşu əlavə edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev hər iki dövlətin xalçaçılıq ənənələrini, toxuma texnologiyası sirlərini bölüşmək təklifini irəli sürüb. L.Canşu öz növbəsində bunun dünya mədəni irsinin qorunmasına müsbət təsir edəcəyini vurğulayıb.

Qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM