21 Sentyabr 2019 16:32
420
SİYASƏT
A- A+

ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 16-21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə (HDİM) iştirak edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə təşkil edilmiş işçi sessiyalarda demokratik təsisatlar və seçkilər, media azadlığı, müxbirlərin təhlükəsizliyi, tolerantlıq, qanunun aliliyi kimi mövzular müzakirə edilib. HDİM-in doqquzuncu işçi sessiyası humanitar məsələlər, qaçqın və məcburi köçkünlər, köçürülmə riskində olan şəxslərə həsr edilib.

Sessiyada iştirak edən F.Hüseynov çıxışının əvvəlində deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünləri öz doğma torpaqlarına nə vaxt qayıdacaqları, bununla əlaqədar fundamental hüquqlarının bərpası üçün beynəlxalq ictimaiyyətin niyə laqeyd olduğu maraqlandırır.

Sədr müavini Ermənistanın bu gün də davam edən hərbi işğalı nəticəsində Dağlıq Qarabağdan və onun ətrafındakı 7 rayondan 1 milyondan çox insanın məcburi köçkün düşdüyünü bildirib.

Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin nizamlanması ilə bağlı gözləntiləri artırmışdı. Lakin Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistanındır, vəssalam” deyə səsləndirdiyi son təxribatçı və destruktiv bəyanatı, "xalqların öz müqəddəratını təyinetmə hüququ” adı arxasında məharətlə gizlətdiyi iyrənc işğalçılıq siyasətini bir daha nümayiş etdirir. Bəyanat beynəlxalq ictimaiyyətə, xüsusi ilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışan ATƏT-in Minsk qrupuna qarşı tam hörmətsizlikdir. Bu, regionda sülh prosesinə zərbə vurur və gərginliyin yüksəlməsinə təhrik edir. Azərbaycan beynəlxalq ictimaiyyəti bəyanatı pisləməyə çağırır.

Azərbaycanda "BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsipləri”nin tələblərinin yerinə yetirildiyi, məcburi köçkünlərlə bağlı mövcud təcrübənin dünyada nümunə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvəqqəti yaşayış sahələri tikilib istifadəyə verilir. Onların sosial problemlərinin həlli, bir çox dövlət xidmətlərindən xüsusi güzəştlə yararlanması üçün mühüm addımlar atılır. Ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə yeni yaşayış sahələrinə ilk növbədə köçürülürlər.

Bildirilib ki, həyata keçirilən işlərə baxmayaraq, Azərbaycanda mövcud olan məcburi köçkün probleminin tamamilə həlli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına qayıtması nəticəsində mümkün olacaq.

Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan tezliklə, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək və mülki əhalini əzəli torpaqlarına qayıtmasına nail olmaq əzmindədir. Bununla da, beynəlxalq hüququn aliliyi təmin olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video