21 Sentyabr 2019 13:33
522
DÜNYA
A- A+

Vaşinqton Səudiyyə Ərəbistanına və BƏƏ-yə əlavə qoşun göndərəcək


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ərazisinə əlavə qoşun və hərbi texnikanın göndərilməsini bəyənmişdir. Bu barədə brifinq zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper məlumat vermişdir.

Esperin dediyinə görə, regionda əlavə kontingentin yerləşdirilməsi yaxın günlərdə baş verəcək. O vurğulamışdır ki, əlavə qoşun müdafiə xarakteri daşıyır, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişinə cavabdır.

ABŞ qoşunları ilk növbədə hava və raket əleyhinə müdafiəyə cəlb olunacaq.

Esper həmçinin bildirmişdir ki, ABŞ bu ölkələrə hərbi texnika göndərilməsini sürətləndirmək üçün səylər göstərəcək.

Pentaqonun başçısı əlavə etmişdir ki, bu hələ ilk addımdır. Eyni zamanda Esper əlavə qüvvənin dəqiq sayını açıqlamaqdan imtina etmişdir. O təsdiqləmişdir ki, Vaşinqton Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranı təqsirli bilir. Esperin dediyinə görə, hücum zamanı istifadə olunmuş silah İranda istehsal edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video