21 Sentyabr 2019 10:12
694
Mədəniyyət
A- A+

Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub


Şəhər və rayonlarda əhali ilə müntəzəm keçirilən görüşlər bir çox məsələlərin operativ şəkildə həll olunması baxımından yaxşı təcrübədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Əbülfəs Qarayev bu sözləri sentyabrın 20-də Naftalan şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib. O, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: "Regional idarəçilik bizə imkan verir ki, yerlərdə mədəniyyət sahəsinin inkişafını təmin edək, bu istiqamətdə daha çox iş görək. Naftalanda Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana üçün gözəl şərait yaradılıb. Artıq insanlar burada göstərilən mədəni xidmətlərdən daha rahat şəraitdə yararlana bilərlər”.

Nazir qəbulda qaldırılan məsələlərin öz həllini tapacağını bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu müsabiqəsi yekunlaşıb və 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib. Boş qalan yerlərə isə yeni müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bölgədə yerləşən mədəniyyət müəssisələrinin nəzdində əl işləri və suvenirlər hazırlanması üzrə dərnəklər yaradılmasına da dəstək göstəriləcək. Tarixi abidələrin vəziyyəti ilə bağlı müraciətlər diqqətdə saxlanılacaq.

Əbülfəs Qarayev "Sınıq körpü”də aparılan təmir-bərpa işlərindən bəhs edərək deyib ki, orada işlər nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislərin iştirakı ilə aparılır. Təmir-bərpa işlərinin bu ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Nazir Gəncə Dövlət Dram Teatrında tikinti işlərinin gələn mövsümə kimi başa çatacağının gözlənildiyini deyib.

Qeyd edək ki, Əbülfəs Qarayev Naftalan şəhərində qəbuldan sonra Gəncə şəhərinə gələrək bir sıra mədəniyyət müəssisələrin fəaliyyəti ilə də tanış olub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gələn nazirə bu mədəniyyət müəssisəsinin fəaliyyəti, təşkil olunan konsertlər haqqında məlumat verilib. Nazir burada Gəncə Dövlət Kamera Orkestrinin, yeni yaradılmış "Xəmsə” estrada ansamblının məşqlərinə baxıb.

Əbülfəs Qarayev Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Ona muzeyin fəaliyyəti və açıq səma altında ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Nazir, həmçinin XIX əsr "Hüseyniyyə” tarix-memarlıq abidəsini və Mirzə Şəfi Vazeh muzeyini ziyarət edib.

Əbülfəs Qarayev daha sonra Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq musiqi məktəbində olub. Məlumat verilib ki, məktəbin yerləşdiyi bina 1903-cü ildə inşa olunub. 1959-cu ildən məktəb bu binada fəaliyyət göstərir. Binanın əsaslı təmir-bərpasına böyük ehtiyac var. Nazir bu məsələyə baxılacağını bildirib.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video