Alternative content

02:39 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələ olacaq
2020-ci il Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələ olacaq
ANA SƏHİFƏ / SİYASƏT
01:35 21.09.2019


Gələn ilin dövlət büdcəsi layihəsində gəlir və xərclərin artımı bunu deməyə əsas verir


Ötən 16 il Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünü yaşaması ilə səciyyəvidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu dövrdə həm iqtisadi inkişaf baxımından ortaya mükəmməl nümunə qoyub, həm bölgənin liderinə, həm də beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu dövlətə çevrilib.


2020-ci ilin büdcə layihələri reallıqlara və çağırışlara uyğun hazırlanıb


Həyata keçirilən inkişaf kursu 2019-cu ilin ötən dövründə də ölkəmizin davamlı yüksəlişini təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Bu mənada sona yaxınlaşan 2019-cu il Azərbaycanın iqtisadi inkişafı baxımından əlamətdardır. Bu müddətdə ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatda 2,4 faiz artımla ümumi daxili məhsul istehsal edilib, qeyri-neft sektorunda isə 3,2 faiz çoxalma qeydə alınıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, bu meyillərin 2020-ci ildə də davam edəcəyi gözlənilir. Bu proqnoza görə, gələn il ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəkdir.

Bir neçə gün əvvəl Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” da bu müsbət notlar üzərində köklənməklə növbəti ilin dövlət və icmal büdcələrinin əsas göstəricilərini diqqətə çatdırır. Açıqlama 2020-ci il və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərinin, habelə dövlət borcuna dair əsas məlumatları əhatə etməkdədir.

Dövlət büdcəsi ölkənin xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsəd ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının maliyyələşdirilməsini, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir. 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamadan da aydın olur ki, sənədlər ölkəmizin reallıqlarına uyğun və gələn ilin çağırışları nəzərə alınaraq hazırlanıb.


Qeyri-neft gəlirləri artır


2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcək.

2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir və Azərbaycanda qeyri-neft sektorunun inkişafının əyani göstəricisidir. Neft Fondundan transfert təxminən 403 milyon manat artacaq. Göründüyü kimi, gələn ilki büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur.

Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığın azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması növbəti ildə də gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq. Xatırladaq ki, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

2020-ci ildə icmal büdcə gəlirləri isə 27 milyard 605,3 milyon manat məbləğində proqnozlaşdırılır.


Sosial xərclər 2 milyard 664,2 milyon manat artırılır


2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur. Xərclərlə bağlı diqqəti çəkən əsas məqam sosialyönlü xərclərin çəkisinin 2019-cu illə müqayisədə 9,9 faiz artırılmasıdır. Beləliklə, gələn ilin büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 664,2 milyon manat çoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamları ilə minimum əməkhaqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirib. Ona görə 2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat) təşkil edəcək.

Beləliklə, ənənəvi olaraq büdcənin sosialyönümlülüyü növbəti ildə də təmin olunacaq. Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək.

Eyni zamanda insan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq.

Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq.

2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaqdır. Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulur.

Bunlarla yanaşı, gələn il nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcək.

2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1 milyon manat və ya 3 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır. Ənənəvi olaraq kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM