Alternative content

12:34 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
ANA SƏHİFƏ / Mədəniyyət
01:30 21.09.2019


Sentyabrın 20-si Azərbaycanda Neftçilər günü və "Əsrin müqaviləsi”nin 25-ci ildönümüdür. 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft kampaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi haqqında beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub.

Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanın, yeni dövlət quruculuğunun möhkəm iqtisadi, geosiyasi sütunu oldu. Bu, o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və miqyasına, strateji mahiyyətinə uyğun olaraq "Əsrin müqaviləsi” adı ilə tarixə həkk edildi.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 20-də Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olunub. Bu günlər ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı, eyni zamanda, neftçilərin bu musiqi bayramına töhfəsidir.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edib. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert Üzeyir Hacıbəylinin "Koroğlu” operasından "Uvertüra” ilə başlayıb. Daha sonra "Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin "Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bəy Kaptanzadənin "Efem” türküsü (solist Levent Gündüz) səsləndirilib.

Proqramda, həmçinin Polad Bülbüloğlunun "Eşq və ölüm” baletindən "Cəngi”, Tofiq Quliyevin "Sənə də qalmaz” (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin "Turandot” operasından Kalafın ariyası (üç tenor), "Qranada” və "Xalq Heydər” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM