Alternative content

02:37 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:26 21.09.2019


Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur, ona görə də iki ölkənin sahibkarları daha sıx əməkdaşlıq etməlidirlər.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən səsləndirilən bu sözlər ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı faydalı təkliflər müzakirə edilib.

M.Musayev bu sahədə görüləcək işlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstək verməyə hazır olduğunu bildirib. Konfederasiya prezidentinin sözlərinə görə, Hindistan ölkəmizdən neft və neft məhsulları idxal edən ən böyük tərəfdaşlardan biridir. Eyni zamanda Hindistanda əczaçılıq, informatika texnologiyaları, səhiyyə və digər sahələrdə sürətlə inkişaf gedir. Azərbaycandakı investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqında qonağa geniş məlumat verən M.Musayev Hindistan sahibkarlarını ölkəmizə investisiya yatırmağa dəvət edib: "Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir. Ölkəmizin müxtəlif regionlarında son illərdə sənaye parkları və sənaye məhəllələri yaradılmışdır. Hindistan tekstil, əczaçılıq sənayesi və digər sahələr üzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”.

M.Musayev Hindistana planlaşdırılan səfəri ilə bağlı səfirə məlumat verərək, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri kimi sahibkar təşkilatlarının nümayəndələri ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirib.

Görüşdə Bavitlunq Vanlalvavna qeyd edib ki, hazırda hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciət edilmişdir. Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstək verməsini xahiş edən səfir əməkdaşlığı daha da genişləndirməyi təklif edib. Onun sözlərinə görə, bu ilin 6-8 noyabr tarixlərində Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfər edəcəkdir. "Nəzərdə tutulmuş bu səfər ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar yaradacaqdır. Ona görə də Hindistan nümayəndə heyətinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüşməsini vacib hesab edirik” deyə səfir vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti səfirə təkliflərinə görə təşəkkürünü bildirərək, Hindistan investorlarını maraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığın daha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədə maraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılması imkanlarını da nəzərdən keçirməyi təklif edib.

Müzakirələrin sonunda bütün təkliflər üzrə Hindistanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşlarına konkret tapşırıqlar verilmiş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan maksimum istifadə olunması tapşırılmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM