20 Sentyabr 2019 23:45
1041
İDMAN
A- A+

On altı gimnast Bakıda keçirilən dünya çempionatında “Tokio 2020” Oyunlarına lisenziyanı təmin edib



Sentyabrın 20-də rusiyalı Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük yarışlarının qalibi olub.

AZƏRTAC xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın beşinci günündə 24 gimnast çoxnövçülük yarışlarının finalında mübarizə aparıb.

Yarışda Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunub. Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar dünya çempionatının ilk iki pilləsində qərarlaşıblar. D.Averina 91,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və üçqat dünya çempionu adını qazanıb. Onun bacısı 91,100 xalla gümüş medala sahib olub. İsrailli gimnast Linoy Aşram isə 89,700 xalla çempionatı üçüncü pillədə başa vurub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 78,725 xalla 16-cı olub və "Tokio 2020”yə vəsiqəni təmin edib.

Olimpiadaya lisenziya qazanan idmançılar arasında Dina və Arina Averinalar, israilli gimnastlar Linoy Aşram, Nikol Zelikman, Bolqarıstan təmsilçiləri Boriana Kaleyn, Katrin Taseva, ukraynalı Vlada Nikolçenko, Kristina Poqraniçnaya, İtaliya atletləri Aleksandra Aqiurqiuculese, Milena Baldassarri, ABŞ gimnastları Evita Qriskenas, Laura Zenq, yaponiyalı Kaho Minaqava, Belarus idmançıları Anastasiya Salos, Katarina Halkina və təmsilçimiz Z.Ağamirova yer alıblar.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin yarışın tərəfdaşı olan "Longines” şirkətinin təsis etdiyi "Prize of Elegance” mükafatının qalibi müəyyənləşib. Belə ki, mükafat ABŞ idmançısı Laura Zenqə təqdim olunub.

Altmış bir ölkədən 300-dən çox idmançının mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video