Alternative content

02:36 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maykl Pompeo: ABŞ Azərbaycanla birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır
Maykl Pompeo: ABŞ Azərbaycanla birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır
ANA SƏHİFƏ / SİYASƏT
23:35 20.09.2019

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Dövlət katibi əlamətdar yubileylə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatları adından salamlarını və təbriklərini çatdırıb. Vurğulayıb ki, ölkəsi Azərbaycanla energetika, iqtisadiyyat, təhlükəsizlik sahəsində və digər sahələrdə birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır.

Məktubda deyilir: "Bu il 25-ci ildönümün qeyd edilməsi Azərbaycanın dünya bazarlarına öz zəngin enerji ehtiyatlarını davamlı şəkildə çatdırdığı vaxta təsadüf edir. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalaşdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdaşı olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı–Tbilisi–Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi və ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı.

Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü münasibətilə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylərinizi tam dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir”.

Maykl Pompeo qeyd edir ki, uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdaşlığımızı, eləcə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyətimizi əhatə edən strateji münasibətlərimizə müsbət töhfə verib.

Məktub bu sözlərlə tamamlanır: "Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır. Bu mühüm tarixi hadisənin ildönümü münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM