Alternative content

05:00 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / İDMAN
23:02 20.09.2019

Sentyabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Azad Rəhimov bolqarıstanlı həmkarına Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib. Nazir hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. Azad Rəhimov dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM