20 Sentyabr 2019 22:56
425
SİYASƏT
A- A+

Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub


Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartoya "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Medalı nazir Elmar Məmmədyarov təqdim edib.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin binasında təşkil edilən tədbirdə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti, səfir Vilayət Quliyev, səfirliyin əməkdaşları və yüksəkvəzifəli macar diplomatları iştirak ediblər.

Tədbirdə çıxış edən Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Peter Siyartonun Azərbaycanın dostu olduğunu vurğulayıb və onun ikitərəfli əlaqələrin dərinləşməsində xüsusi rolu olduğunu diqqətə çatdırıb. P.Siyartonun məhz bu xidmətlərinə görə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunduğunu deyən E.Məmmədyarov çox az xarici dövlət rəsmisinin həmin medala layiq görüldüyünü bildirib.

Peter Siyarto, öz növbəsində, Azərbaycan Respublikasının rəhbərliyinə və nazir Elmar Məmmədyarova dərin təşəkkürünü bildirərək, iki ölkə arasında əməkdaşlığın inkişafında səylərini gələcəkdə də davam etdirəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video