04:52 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
21:58 20.09.2019
Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın əlamətdar bir günə - "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə təsadüf etdiyini söyləyib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır.

Sonra gündəlikdəki məsələlər təqdim edilib.

Əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları barədə hesabat verilib. Bildirilib ki, komitə bu dövrdə öz fəaliyyətini nəzərdə tutulmuş iş planına uyğun həyata keçirib. Sessiya ərzində komitənin 12 iclası keçirilib, 36 məsələ, o cümlədən 14 qanun layihəsi geniş müzakirə edilib. Parlamentin digər komitələrindən daxil olmuş qanun layihələrinə ətraflı rəylər hazırlanıb.

Komitə üzvləri xarici ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edib, beynəlxalq təşkilatların toplantılarına qatılıblar. Komitənin sədri Türkiyədə, Avstriyada keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə seçicilərdən 49 müraciət daxil olub. Müraciətlərin bir hissəsi kənd təsərrüfatı və torpaq islahatları ilə bağlı məsələləri, digər hissəsi əhalinin sosial müdafiəsi, əmək mübahisələri və digər mövzuları əhatə edib. Həmin müddətə komitənin sədri tərəfindən 24 şikayətçi qəbul edilib, onları narahat edən məsələlərin həlli istiqamətində zəruri addımlar atılıb.

İclasda komitənin 2019-cu ilin payız sessiyasının işlər planı barədə məlumat verilib. Bildirilib ki, sessiya zamanı dövlət başçısı, deputatlar, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında aqrar sahəyə aid təqdim edilmiş qanun layihələri, "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılacaq.

Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, payız sessiyasının iş planı təsdiqlənib.

Sonra iclasda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə əlaqədar məsələyə baxılıb. Eldar İbrahimov ölkədə aqrar sahənin inkişafı istiqamətində əhəmiyyətli işlər görüldüyünü deyib. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bir sıra statistik göstəriciləri təqdim olunub. Qeyd edilib ki, əvvəlki illərlə müqayisədə bu sahədə nəzərəçarpacaq artım müşahidə olunur. Bu və digər nailiyyətlərin əldə edilməsində aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi çox önəmlidir.

Dövlət başçısı tərəfindən cari ilin 27 iyun tarixində "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalandığını xatırladan komitə sədri bununla bağlı fikirlərini açıqlayıb. Bildirilib ki, Fərmana əsasən, subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev mövzu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, aqrar sahədə çalışanlara dəstək məqsədilə subsidiyaların ayrılması vacib məsələlərdəndir. Bunu təmin etmək üçün Subsidiya İnformasiya Sistemi formalaşıb. Fermerlər artıq elektron qaydada müraciət edə biləcəklər. Qeydiyyatdan sonra alınacaq subsidiya məbləği onların kartına köçürüləcək.

Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində digər önəmli layihələr də həyata keçirilir. Belə ki, ölkədə Aqrar Sığorta Fondu yaradılıb, torpaq sənədlərinin alınması ilə bağlı səyyar briqadalar fəaliyyət göstərir, fermerlərin texnika ilə təmin edilməsi sahəsində əhəmiyyətli işlər görülür.

Komitə üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Tahir Süleymanov məsələ ilə bağlı fikirlərini açıqlayıblar.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM