20 Sentyabr 2019 16:33
602
DÜNYA
A- A+

“Rusiya Dəmir Yolları” Dövlət Şirkəti Ermənistanla bağlanmış sazişə xitam verə bilər

"Rusiya Dəmir Yolları” Dövlət Şirkəti (RJD) Ermənistanla bağlanmış sazişə xitam vermək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Ermənistan "RJD”nin "Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) törəmə şirkətinin işini əngəllədiyi üçün şirkət Ermənistanla bağlanmış sazişə xitam verməyi planlaşdırır. Bu barədə Rusiyanın "RTVI” kanalına Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokaryev məlumat verib.

Kanal bildirir ki, Ermənistan hakimiyyəti CQDY-də axtarışlar apardıqdan və törəmə şirkətə qarşı cinayət işi açdıqdan sonra RJD ilə Yerevan arasında münasibətlər pisləşib. 2018-ci ildə şirkəti 19 min dollar məbləğində vergidən yayınmaqda təqsirləndirən rəsmi Yerevan onun ofisində axtarışlar aparıb. Ermənistan nəqliyyat nazirinin keçmiş müavininə qarşı cinayət işi açılanda isə onun CQDY-də yoxlamalar zamanı aşkarlanan qanun pozuntularını guya gizlətdiyi üzə çıxıb. Ümumilikdə Ermənistanda CQDY-yə qarşı 7 cinayət işi açılıb.

CQDY şirkətindən "RTVI” kanalına bildiriblər ki, əgər Ermənistan Rusiyaya təzyiq göstərmədən işi araşdırmaq niyyətində olsaydı, beynəlxalq məhkəməyə müraciət edərdi. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli məsələləri həll etmək üçün Paris arbitrajına müraciət olunması nəzərdə tutulub. Bunun əvəzində, Ermənistan Rusiya şirkətinə qarşı silsilə cinayət işləri açmağa üstünlük verir.

Rusiya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışaraq, aidiyyəti nazirliklər və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanla müzakirələr aparıb. Lakin bu, heç bir nəticə verməyib.

İndi Moskva Ermənistanla bağlanmış müqavilədən çıxmağı düşünür. V.Tokaryevin sözlərinə görə, Ermənistan işi o yerə gətirib çıxarıb ki, CQDY artıq Yerevanda işləyə bilmir. Şirkətin 10 il ərzində fəaliyyətinə dair bütün sənədlər müsadirə olunub, sübutsuz ittihamlar irəli sürülür. Nazir müavini təsdiq edib ki, Rusiya tərəfi Ermənistanla müqaviləyə vaxtından əvvəl xitam vermək məsələsi üzərində ciddi işləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video