20 Sentyabr 2019 15:53
415
CƏMİYYƏT
A- A+

Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam etdirilir. Yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Xatırladaq ki, arıçılıq məhsullarının son qəbulu sentyabrın 24-dür.

Yeniliklərdən danışan ATT ASC İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, ilk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsilə sentyabrın 6-dan 11-dək aparılıb.

Sentyabrın 12-də qeydiyyatdan keçmiş arıçılara sms-bildirişlər göndərilib, onlar yarmarkada iştirak haqqı qazanıb-qazanmadıqları barədə məlumatlandırılıb. Bu günədək 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib. Bu il tətbiq edilən növbəti yenilik isə hər bir məhsulun üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.

Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək üçün yarmarka günlərində onlayn sifariş xidmətinin də istifadəyə veriləcəyini deyən Leyla Məmmədova sifariş olunan məhsulların Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına çatdırılmasının ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kiloqram olmaqla maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə bir ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də yarmarka ərzində şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər təqdim ediləcək. Yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video