20 Sentyabr 2019 12:38
477
CƏMİYYƏT
A- A+

“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb


"Hərbiyyə - Xəzər” düşərgəsinin birinci günündə şəxsi heyətin ilkin mərhələdə artilleriya atışlarına hazırlığı, rabitə vasitələrindən kodlaşdırılmış şəkildə məlumatların ötürülməsi, daxil olmuş məlumatın kodlaşdırılması, açılması, vaxtında ötürülməsi izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar simulyator vasitəsilə artilleriya atışının, 23 millimetrlik "TAYFUN” silahından atışın icra edilməsində də iştirak ediblər.

Həmçinin dəniz düyünlərinin vurulması formaları, qaydaları, növləri, gəmilərdə qəza anında yanğınla mübarizə zamanı geyim qaydaları barədə məlumat verilib.

Sonda qayıqlarda estafet yarışları keçirilib.

Düşərgənin ikinci günündə isə Sahil Mühafizəsinin Tədris Mərkəzi və Muzeyi ilə tanışlıqdan sonra iştirakçılar silahın sökülüb-yığılması təliminə cəlb olunublar, müvafiq normativlər götürülüb.

Sonra kəndirin dartılması, burazın dairəyə, xilasedici dairənin təyin olunmuş nöqtəyə atılması, maneə zolağının keçilməsi müsabiqələri keçirilib.

İştirakçıların Dövlət Sərhəd Xidmətinin xüsusi təlim görmüş xidməti itləri ilə tanışlığından sonra layihənin bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.

Tədbirdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.

Düşərgə "ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

"Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunmuş sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video