Alternative content

04:00 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
00:34 20.09.2019


Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda ilk dəfə olaraq Budapeştdə keçirilən Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak etməkdən məmnunluğunu ifadə edərək deyib: "Bu görüşdən sonra Macarıstanın Baş Naziri Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən sonuncu Zirvə görüşü zamanı irəli sürdüyü təşəbbüsünə əsasən təşkilatın Budapeştdə nümayəndəliyinin açılış mərasimi olacaq. Bu təşəbbüs və Türk Şurasında müşahidəçi statusu Macarıstanın Türk Əməkdaşlıq Təşkilatları və üzv ölkələri ilə yaxın və hərtərəfli münasibətlər qurmaq qətiyyətini nümayiş etdirir.

Türk Şurasının Avropanın ürəyində - Budapeştdə nümayəndəlik ofisinin açılması böyük bir hadisədir və Avropada Türk dünyasının baxışını təqdim edən məhz Macarıstan olacaq.

Əminik ki, bu ofis yalnız Macarıstan və üzv dövlətlər arasında davam edən əməkdaşlığın dərəcəsinin artırılması deyil, eyni zamanda Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsi mexanizmi kimi xidmət edəcək, həmçinin Avropa institutları və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayacaq.

Bu yaxınlarda Türk Şurasının Yüksək səviyyəli Məmurlar komitəsinin iclasında müzakirə olunan və nümayəndəliyin hüquqi əsasını təşkil edən "Ev sahibi ölkə Sazişi” və digər əlavə sənədlərə gəlincə, ümid edirik ki, bu sənədlər tezliklə qəbul ediləcək.

Ötən Zirvə görüşündən bəri media və informasiya məsələlərinə məsul olan nazirlərin toplantısı, Naxçıvanda Birinci Gənc Liderlər Forumu, Özbəkistan, Türkmənistan və Macarıstandan da diplomatların qatıldığı Gənc Diplomatların 6-cı Birgə Təlim Proqramı Azərbaycanda keçirilib.

Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvə toplantısı cari il oktyabrın 15-də Bakıda keçiriləcək. Fürsətdən istifadə edərək 7-ci Zirvə görüşünə evsahibliyi edəcəyimizdən böyük şərəf duyduğumuzu vurğulamaq istərdim, çünki bu toplantının Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsini xüsusi hadisə hesab edirik. Həmçinin Özbəkistan Respublikasının 7-ci Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü olmaq qərarı, eləcə də Zirvə ərəfəsində Macarıstanda nümayəndəliyin açılması diqqətəlayiq hadisələrdir.

İnanıram ki, bu hadisələr Türk Şurasının doğru yolda olduğunun göstəricisidir, Özbəkistan və Macarıstan təşkilatın tədbirlərində iştirak edən sonuncu ölkələr olmayacaq”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM